XƏBƏR
11:50

  Hülusi Kılıç: "Qarabağ uğrunda canımdan keçməyə hazıram"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

"Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb".


Agyol.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

"Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur".2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.

 




  Yayım tarixi :17 Oktyabr 2018   11:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .