XƏBƏR
11:03

  Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.

Agyol.az-ın məlumatına görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib.

O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:

“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi.

 




  Yayım tarixi :17 Oktyabr 2018   11:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .