XƏBƏR
10:17

  Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçılarının konserti keçirilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Beynəlxalq Muğam Mərkəzində, “Bakı Jazz” festivalı çərçivəsində, hazırda xaricdə yaşayan məşhur bakılılar - virtuoz pianoçu, cazmen Leonid Ptaşkanın və əməkdar artist, gitaraçı Həsən Bağırovun konserti keçirilib.

Agyol.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə həyata keçirilir.
İstedadlı musiqiçi Leonid Ptaşka 1990-2000-ci illərdə İsraildə cazı populyarlaşdırıb. Amerika Bioqrafiya İnstitutunun versiyasına görə, o, XX əsrin 100 ən yaxşı cazmenlərindən biri sayılır. L.Ptaşka El Foster, Herb Alpert, Freddi Habbard, Valeri Ponomaryov, İqor Butman və başqa populyar musiqiçilərlə əməkdaşlıq edərək bir ildə iki yüzə yaxın konsertlərlə dünya tamaşaçısını sevindirir.
Həsən Bağırov Sankt-Peterburqun və Moskvanın aparıcı caz gitaraçılarından biridir. Onun repertuarına müxtəlif musiqi janrları, o cümlədən caz, bossa-nova, fyujn kimi janrlar daxildir. H.Bağırov səhnə fəaliyyəti ilə yanaşı, Sankt-Peterburq Mədəniyyət Akademiyasında gitarada caz ifası sinfini aparır.
Festival çərçivəsində ilk dəfə bir yerdə çıxış edən ifaçılar vətənimiz haqqında ürək sözlərini bildiriblər və cazın müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdiriblər.
Konsertin aparıcısı Tofiq Həsənsoy olub. Tamaşaçılar musiqiçiləri böyük maraqla qarşılayıb.
Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” adlı müsabiqə qaliblərinin qala-konserti keçiriləcək. Biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və İticket. az (online) saytında əldə etmək olar.




  Yayım tarixi :17 Oktyabr 2018   10:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .