XƏBƏR
10:07

  İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Agyol.az xəbər verir ki, Vaqif Kazımovun baş məşqçisi olduğu komandada Əli Zamanovla (48 kq) Murad Allahverdiyev (80 kq) Avropa çempionu tituluna yiyələnib. Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib.

Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Zamanov Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya), Krasimir Churov (Bolqarıstan) və Mixail Taranunun (Moldova) ardından Jo Makqraili (İngiltərə) də məğlub edib. Təmsilçimiz bu gün baş tutan final döyüşündə rəqibinə 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gələrək, qızıl medala layiq görülüb.

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda rəqibindən üstün olub. O, irlandiyalı Patrik Myersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allahverdiyev bu döyüşədək türkiyəli Əmir Böyükdağ, belaruslu Vladislav Novikov və rusiyalı Andrey Voyvodinə də qalib gəlmişdi.

Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran Əhməd Əhmədov (+80 kq) isə bir gün öncə yarımfinalda macarıstanlı Levent Kissə 1:4 (27:30, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olduğundan 3-cü yeri tutmuşdu.

Qeyd edək ki, oğlanların yarışında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü olub. Millimizi Rusiya və Bolqarıstan qabaqlayıb.

 




  Yayım tarixi :17 Oktyabr 2018   10:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .