XƏBƏR
20:52

  Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb.

Agyol.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Qeyd edək ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulmuşdu. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.

 




  Yayım tarixi :16 Oktyabr 2018   20:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .