XƏBƏR
18:40

  " Azərbaycan ABŞ üçün çox önəmli ölkədir " RUFİZ QONAQOV

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Xəbər verildiyi kimi, oktyabrın 20-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana, Rusiyaya, Ermənistana və Gürcüstana səfəri baş tutacaq. 

Agyol.az xəbər verir ki, politoloq Rufiz Qonaqov mövzu ilə bağlı açıqlamasında sözügedən səfəri şərh etdi.

O, bildirdi ki, səfər zamanı Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla ABŞ-ın münasibətlərinin yenidən müzakirəsi və bu münasibətlərin istiləşməsi, yaxınlaşması eyni zamanda bölgədə gedən proseslər, enerji, nəqliyyat məsələləri və digər regional məsələlərin müzakirəsi gözlənilir.

“ABŞ-la Azərbaycan arasında istər neft-qaz, istərsə də anti-terror əməliyyatları kimi digər sahələrdə həmişə qarşılıqlı əməkdaşlıq və partnyorluq əlaqələri olub. Məhz bu baxımdan Con Boltonun Tramp hakimiyyətinin nümayəndəsi kimi Cənubi Qafqaza və Azərbaycana səfəri bu münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsinə təkan vermək istiqamətində olacaq. Çünki ABŞ həmişə Azərbaycana Cənubi Qafqazın lider ölkəsi və enerji, nəqliyyat dəhlizi olan ölkə kimi önəm verib. Təsadüfi deyil ki, Tramp hakimiyyətə gələndən sonra Azərbaycan prezidenti ilə ABŞ prezidenti arasında görüşlər keçirilib. Bu görüşlər çərçivəsində əlaqələrin möhkəmləndiyi özünü göstərib.

Düşünürəm ki, Azərbaycan ABŞ üçün çox önəmli ölkədir. Azərbaycan da ABŞ-a dünyanın aparıcı güc mərkəzlərindən biri kimi baxır. Məhz bu baxımdan, hər iki ölkənin bundan sonra da əməkdaşlığı gələcəkdə müxtəlif istiqamətlərdə davam edəcək.”


 

Pərvanə AĞAZADƏ


AzNews.az

 




  Yayım tarixi :16 Oktyabr 2018   18:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .