XƏBƏR
11:40

  San Fransisko Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.


Agyol.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.

Daha sonra sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Müstəqillik Günü təbrik edilir. 

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.

 




  Yayım tarixi :16 Oktyabr 2018   11:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .