XƏBƏR
13:14

  DİN Sabunçuda ölümlə nəticələnən avtobus qəzası barədə məlumat yayıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Sabunçuda 208 saylı avtobus qəza törədib.

Agyol.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 22 radələrində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 




  Yayım tarixi :13 Oktyabr 2018   13:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .