XƏBƏR
11:24

  Lukaşenko Putinlə “QAZ-69-da gəzintiyə çıxdı - VİDEO

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.


Agyol.az xəbər verir ki, bu haqda  Belarus mətbuatına istinadən xəbər verir.

Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Lukaşenko Rusiya liderini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçirilib. 

 




  Yayım tarixi :13 Oktyabr 2018   11:24

 








Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .