XƏBƏR
11:21

  Azərbaycanda bəzi meşələrin girişində şlaqbaumlar quraşdırılıb

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycanda bəzi meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb.

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib:

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir".

İ.İbrahimova qeyd edib ki, Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılması nəzərdə tutulub: "Kameraların quraşdırılması üçün elə yerlər seçilir ki, həmin kameralar vasitəsilə daha çox meşə massivinə nəzarət olunacaq. Kameralar 360 dərəcə ətrafında fırlanacaq və vahid mərkəzdən idarə olunacaq. Bununla da ərazi daim müşahidə ediləcək, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya veriləcək".

 




  Yayım tarixi :13 Oktyabr 2018   11:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .