XƏBƏR
10:49

  Azərbaycan Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİB

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Agyol.az xəbər verir ki, Yunanıstanın Xalkidi yarımadasında keçirilən klublararası Avropa çempionatında Azərbaycanı təmsil edən “Odlar Yurdu” klubu qələbə qazanıb.

Kişilərdən ibarət komanda Finlandiyanın “Komeon” klubuna 6:0 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət heyət isə Sloveniyanın “Maribor” komandasını 3:1 hesabı ilə məğlub edib.

16.52

Azərbaycan şahmatçıları növbəti ciddi yarışa çıxıblar.
Yunanıstanın Xalkidi yarımadasında keçirilən klublararası Avropa çempionatı start götürüb.

Bu yarışda Azərbaycanı Mahir Məmmədovun rəhbəri olduğu “Odlar Yurdu” klubu təmsil edir. Kişilərin komandasında son anda Teymur Rəcəbov heyətdən çıxarılıb.

Kişilərdən ibarət səkkiz nəfərlik heyət bu şahmatçılardan qurulub: Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Cahangir Ağarəhimov.

Komandamızın hazırda Finlandiyanın “Komeon” klubu ilə görüşü keçirilir.

Fikrət Sideifzadənin kapitanı olduğu qızlardan ibarət “Odlar Yurdu” komandası isə Gürcüstanın Batumi şəhərində bu ay keçirilmiş Ümumdünya Şahmat Olimpiadasındakı heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva.

Qadınlar hazırda Sloveniyanın “Maribor” komandasının şahmatçıları ilə mübarizə aparır.

 




  Yayım tarixi :13 Oktyabr 2018   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .