XƏBƏR
10:06

  Sürücülərə xoş xəbər - Artıq sizi xaricdə heç kim narahat edə bilməyəcək

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.Bildirir ki, milli vəsiqəyə malik alan hər bir vətəndaş beynəlxalq sürücülük vəsiqəsi əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər. Yeni sürücülük vəsiqəsi 9 dildə təqdim olunur. Sürücülük vəsiqəsini yeni alanlar da elə həmin gün beynəlxalq sürücülük vəsiqələrini əldə edə bilərlər.

Agyol.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, yeni sürücülk vəsiqəsində olan dəyişikliklər həm Vyana Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Lakin həmin vəsiqə ilə yanaşı, milli sürücülük vəsiqəsi də mütləq təqdim olunmalıdır.

Kamran Əliyev onu da qeyd etdi ki, sürücülərin özü bu vəsiqəni əldə etməyə maraq göstərir. Xüsusilə də xaricə avtomobillə səyahət edənlər, xaricdən avtomobil gətirənlərvə orda avtomobil icarəyə götürənlər yeni vəsiqələr əldə etmək üçün müraciət edirlər.

 




  Yayım tarixi :13 Oktyabr 2018   10:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .