XƏBƏR
17:21

  İlham Əliyevdən jurnalistlə bağlı göstəriş verdi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

 

Agyol.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Bildirib ki, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.

 

"Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində repartyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”, -deyə Mətbuat Şurasının müraciətində bildirilib.

 




  Yayım tarixi :12 Oktyabr 2018   17:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .