XƏBƏR
15:51

  Seysmoloji Xidmət Mərkəzi Badamdardakı sürüşmə ilə bağlı problemləri araşdırmağa başladı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakı şəhərinin Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Agyol.az ın məlumatına görə,Mərkəzin İnformasiya şöbəsindən verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

 




  Yayım tarixi :12 Oktyabr 2018   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .