XƏBƏR
14:13

  Azərbaycan ordusu qışa hazırlaşır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Agyol.az xəbər verir ki,bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini - MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.

 




  Yayım tarixi :11 Oktyabr 2018   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .