XƏBƏR
21:28

  Qarabağ cəbhəsində gərginlik azalıb – ABŞ rəsmisi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

"Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır".

 

Agyol.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.

 

"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir"- deyə o bildirib.

 

ABŞ rəsmisi söyləyib ki, həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.

 

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.

 




  Yayım tarixi :10 Oktyabr 2018   21:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .