XƏBƏR
10:09

  Deputatdan AŞPA-da Türkiyə əleyhinə yalanlara cavab

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir.


Agyol.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-nın payız sessiyasının ilk günü “İnkişafın hesabatı” və “Türkiyədə keçirilən seçkilər” adlı mövzuların müzakirəsində Azad Demokratlar Qrupu adından çıxışı zamanı deyib. Deputat Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib:

“Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir. Bu baxımdan AŞPA və ATƏT müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilat və parlamentlərdən çoxlu müşahidəçilər 24 iyun seçkilərini müşahidə etmək üçün dəvət olunublar. Məlumatımıza görə, Türkiyə rəsmiləri onların Beynəlxalq Seçkiləri Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkə boyu genişləndirib. Bu gün müzakirəyə çıxarılan hesabatda da Türkiyədəki seçkilərdə ümumi müsbət qiymətləndirməni görürəm. Bundan başqa, bu hesabatla bağlı dəqiqləşdirilməli olan bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdik. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı. Bu halı qeyd edən hesabat nəzərə almayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi seçicilərin azad seçim hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəldilib. Ağrı-Doğubəyaziddə seçkilərdən sonra müşahidəçilərin bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir”.

Millət vəkili media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlər haqda verilən bəyanatlarla bağlı narahatlığını da ifadə edib:

“Türkiyədə 1700-dən artıq media və kütləvi informasiya vasitəsi var. İfadə azadlığı və informasiya almaq və vermək hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olaraq tənzimləyici və nəzarət fəaliyyətini həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizədə Türkiyənin legitim tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib. 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun son nümunələrindən birini təşkil edir. Bütün bunları nəzərə alaraq, təmsil etdiyim Azad Demokratlar Qrupu bəyan edir ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçirilib. Eyni zamanda, Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və qardaş ölkənin bu addımlarını dəstəkləyirik”.

 




  Yayım tarixi :09 Oktyabr 2018   10:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .