XƏBƏR
22:32

  Bakı İcra Hakimiyyəti binasının köçürülməsiylə bağlı AÇIQLAMA

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürüləcəyilə bağlı məlumat yayılıb. İcra Hakimiyyətindəki mənbənin məlumatına görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də (“İçərişəhər” metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir.

Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq “Qış parkı”nın yaxınlığı seçilib.

Məlumata görə isə meriyanın indiki binasından daha sonra hotel kimi istifadə edilə bilər. 

Agyol.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən cavab olaraq binanın köçürülməsiylə bağlı məlumatın heç bir əsasının olmadığı bildirilib. Qeyd olunub ki, binanın küçürülməsi ümumiyyətlə, gündəmdə deyil. 

Bina tarixi binadır və dövlət tərəfindən qorunur. Buna görə də ondan hotel kimi istifadə edilməsi də inandırıcı deyil.

Xatırladaq ki, binanın köçürülməsiylə bağlı xəbəri ilk olaraq Modern.az yaymışdı.

 




  Yayım tarixi :08 Oktyabr 2018   22:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .