XƏBƏR
15:33

  Farer adaları - Azərbaycan: hakimlər açıqlandı

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Farer adalarına qarşı keçirəcəyi səfər oyunu üçün hakim təyinatları açıqlanıb.


Agyol.Az xəbər verir ki, qitə futbol qurumu bu görüşü rusiyalı hakimlər briqadasına həvalə edib.


Qarşılaşmanın baş hakimi Aleksey Yeskov olacaq. Ona yan xətt hakimləri Dmitri Mosyakin və Anton Averyanov kömək edəcək. 

Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək. Əlavə köməkçi-hakimlər isə Vladislav Bezborodov və Mixail Vilkov olacaq. 

Andorralı Salustia Çato Çipres bu matçın hakim-inspektoru, rumıniyalı İonel Piskanu isə UEFA nümayəndəsi təyin edilib.


Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki "Torsvollur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




  Yayım tarixi :08 Oktyabr 2018   15:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .