XƏBƏR
14:50

  Avropada sensasion jurnalist qətli: Korrupsiyanı araşdıran jurnalist zorlanaraq öldürüldü

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bulqarıstanlı araşdırmaçı jurnalist Viktoriya Marinova ölkənin Ruse şəhərində öldürülüb.


Agyol.az xəbər verir ki, Bolqarıstan rəsmiləri 30 yaşı jurnalistin zorlandıqdan sonra öldürülməsi ilə bağlı məlumat yayıb.


Viktoriya Marinova TVN telekanılda reportyorluq və aparıcılıq edirdi. Öldürülmədən öncə Avropa Birliyi fondları ilə bağlı korrupsiya iddiasını araşdırdığı məlum olan Marinova Avropada bir il içind öldürülən üçüncü jurnalist olub.


Hüquq-mühafizə orqanları cinayətin baş verdiyi ötən həftənin şənbə günündən bu yana hadisənin korrupsiya ilə bağlı olub-olmadığını araşdırır. Lakin hələ bu istiqamətdə heç bir məlumat əldə edilmədiyi bildirilib.


ATƏT-in Media Azadlığı təşkilatının təmsilçisi Harlem Desir cinayətlə bağlı cavabdehlərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, Malta və Slovakiyada oxşar korrpusiya araşdırması aparan iki jurnalist öldürülmüşdü. Maltalı jurnalist Daphne Caruana Galiza 2017-ci ilin oktyabrında avtomobilin partladılması ilə öldürülmüşdü. Slovak jurnalistə isə 2018-ci ilin fevralında evində nişanlısı ilə birgə sui-qəsd edilmişdi.




  Yayım tarixi :08 Oktyabr 2018   14:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .