XƏBƏR
14:09

  Daha bir əfsanə karyerasını bitirdi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Teri futbolçu karyerasını başa vurduğunu açıqlayıb.


Agyol.Az xəbər verir ki, 37 yaşlı Teri “Instagram”dakı profilində bunu qeyd edib:


“Futbolçu kimi 23 möhtəşəm ildən sonra karyeramı bitirməyin doğru zamanının indi olduğuna qərar verdim. Çox adama təşəkkür etməliyəm. Həyat yoldaşım Toni və uşaqlarım – Corci ilə Samə karyeram boyu mənə arxa olublar. Sizsiz mən heç nə edə bilməzdim. Sizi bütün ürəyimlə sevirəm”.


Həmçinin Teri valideynləri Syu və Tedə, eləcə də, qardaşı Pola təşəkkür edib. O, 14 yaşından “Çelsi”yə keçməklə düzgün addım atdığını, 1999-cu ildə “Notinqem Forest”ə icarəyə verilib gənc oyunçu kimi inkişaf etdiyinə və ötən mövsüm “Aston Vila” kimi klubun kapitanı olduğu üçün bu klublara öz minnətdarlığını bildirib.


Qeyd edək ki, Teri ötən ay Moskva “Spartak”ına keçməyə yaxın idi. Lakin Teri son anda bunun ailəsi üçün düzgün qərar olmadığına görə fikrindən vaz keçmişdi.


Onu da bildirək ki, Con Teri 78 dəfə İngiltərə millisinin şərəfini qoruyub. O, “Çelsi” ilə beş dəfə İngiltərə çempionu olub, beş dəfə ölkə kubokunu, üç dəfə Liqa Kubokunu qazanıb.




  Yayım tarixi :08 Oktyabr 2018   14:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .