XƏBƏR
14:06

  Rusiya XİN: Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və ABŞ-la sıx əməkdaşlığını davam etdirir.


Agyol.Az xəbər verir ki, bu fikirləri “İzvestiya” nəşrinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.


“Yalnız bir real perspektiv mövcuddur - münaqişə danışıqlar prosesi vasitəsilə, sülh yolu ilə həll edilməlidir. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir”, - Karasin bildirib.


O xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi digər üzvlərlə sıx əməkdaşlıq edir.


Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır.


“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında öz əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiq edilib”, - Karasin əlavə edib.




  Yayım tarixi :08 Oktyabr 2018   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .