XƏBƏR
10:39

  Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Agyol.az xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olundu.

 




  Yayım tarixi :08 Oktyabr 2018   10:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .