XƏBƏR
13:26

  Şahmatçılarımız Olimpiadada üç medal qazanıb - FOTO

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Xəbər verdiyimiz kimi, Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.


Agyol.Az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almasa da, üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.


Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticə ilə qızıl medal əldə edib.






  Yayım tarixi :06 Oktyabr 2018   13:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .