XƏBƏR
11:57

  Rusiya Nəqliyyat Nazirliyi Azərbaycanla sərhəddə tikilən körpünün 2019-cu ildə açılacağını təsdiq etdi

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Dağıstanda Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən keçəcək avtomobil körpüsü aparılan işlərin qrafikinə uyğun olaraq 2019-cu ildə istismara veriləcək.

Agyol.az -ın məlumatına görə, bu barədə Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix Dağıstana işgüzar səfəri çərçivəsində bildirib.

Qeyd edək ki, körpünün tikintisinə hələ ötən il başlanılıb.

Nazir bildirib: "Yazda bizdə tikinti ilə bağlı bəzi texniki problemlər var idi. Artıq bu problemlər həll edilib, tikinti işləri qrafik üzrə gedir və obyekt müəyyən edilmiş vaxtda təhvil veriləcək.

Qeyd edək ki, tikintinin dəyəri 1,2 milyard rubl təşkil edir.

 




  Yayım tarixi :06 Oktyabr 2018   11:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .