XƏBƏR
22:57

  Dünyanın ən gözəl 14 hava limanı

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında yer alıb. Agyol.az xəbər verir ki, bu ABŞ-ın nüfuzlu "Curbed" daşınmaz əmlak bloqları şəbəkəsininin reytinqində əks olunub.

 

Məqalədə qeyd olunur ki,  Azərbaycanın paytaxtında yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı nəhəng barama şəkilli komplekslərdən ibarətdir: “Hər baramada kafelər, mağazalar və uşaq meydançaları kimi obyektlər yerləşir. Bu aeroport ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər".

 

Reytinqdə yer alan digər aeroportlar Denver, Madridin Baraxas, Kansay, Pekin, Çatrapati Şivaci, Kuala-Lumpur, Mərakeşin Menara, Kutaisi, Şençjen Baoan, Pulkovo, "Kraliça Aliyə", Çanqi və Samui hava limanlarıdır.

 




  Yayım tarixi :05 Oktyabr 2018   22:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .