XƏBƏR
22:53

  “Neftçi” Premyer Liqada ilk dövrənin lideri oldu

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. Agyol.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da debütant "Sabah"ı qəbul edib.

 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orxan Məmmədovun idarə etdiyi görüşdə hesabı 9-cu dəqiqədə Emin Mahmudov açıb. 62-ci dəqiqədə Qoran Paratski yekun nəticəni müəyyənləşdirib. 76-cı dəqiqədə isə Slavko Braliç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

 

Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Neftçi" I dövrəni vahid lider kimi başa vurub. 10 xalı olan "Sabah" "Səbail" və "Sumqayıt"la birgə 3 -5-ci yerləri bölüşdürür.

 

Turun əvvəlki oyunlarında "Zirə" "Qəbələ"ni 1:0, "Səbail" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. "Keşlə" - "Qarabağ" matçı isə təxirə salınıb.

 




  Yayım tarixi :05 Oktyabr 2018   22:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .