XƏBƏR
16:28

  RUFİZ QONAQOV: Hər bir qurum istəyər ki, onun üzvləri sırasında Azərbaycan kimi güclü dövlət olsun

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

“Paşinyanın verdiyi heç bir bəyanat ciddi xarakter daşımır”.

Agyol.az xəbər verir ki, bu sözləri politoloq Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Paşinyan birinci növbədə özünün Ermənistanda hakimiyyətdə qalıb-qalmayacağını həll etsin :

“Bu gün Ermənistan siyasi, iqtisadi cəhətdən böhran içərisindədir. Hələ bəlli deyil ki, o özü hakimiyyətdəki baş nazir postunda qalacaq, yoxsa yox. Böhran içərisində olan Ermənistan demək olar ki tənəzzülə doğru gedir. O ki qaldı Azərbaycanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı (KTMT) da daxil olmaqla, hər hansı bir quruma, təşkilata üzv olması, bu, birbaşa ölkəmizin hüququdur. Əgər belə bir zərurət yaranarsa, buna hüquqi şərait də yaradıla bilər. Bu gün Azərbaycan “Qoşulmamaq” hərəkatının, eləcə də digər beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Ona görə də hər kəs bilməlidir ki, bu səpkidə olan məsələləri Ermənistan həll edə bilməz. Bu həmin qurumların, təşkilatların daxili nizamnamələrinə əsasən həll edilir. Mən ümumiyyətlə, Paşinyanın verdiyi bəyanatları ciddi hesab etmirəm. Düşünürəm ki, Ermənistan istisna olmaqla, bu gün bütün dünya ölkələrinin Azərbaycan haqında mövqeyi bəllidir. Ay ərzində Azərbaycana gələn dövlət başçıslarının, digər rəsmi şəxslərin, beynəlxalq tədbirlərin sayına diqqət edin. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan bütün dünya ölkələrinin maraq dairəsindədir. Azərbaycan bu gün dünyada inkişaf etməkdə olan və nüfuzlu söz sahibi bir ölkədir. Məhz bu baxımdan əlbəttə ki, hər bir təşkilat, qurum istəyər ki, onun üzvləri sırasında Azərbaycan kimi güclü dövlət olsun. Lakin məsələnin digər tərəfinə nəzər yetirsək, bu qərar Azərbaycanın öz seçimidir. Paşinyanın Azərbaycan prezidenti haqqında sosial şəbəkələrdə yazdığı xoş sözlər və indi də bu bəyanat bir daha onun nə qədər ziddiyyətli fikirlərə sahib biri olduğunu sübut edir. O hər zaman Azərbaycan prezidenti ilə danışmağa cəhd edir, çünki buna ehtiyacı var. Bəyanatları isə qəti şəkildə ciddiyə alınacaq tərzdə deyil”.

Könül Cəfərli

 




  Yayım tarixi :05 Oktyabr 2018   16:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .