XƏBƏR
11:51

  Umayra Tağıyeva: Günorta Bakıda küləyin sürəti daha da artacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq”.

Agyol.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda Abşeron yarımadasında küləyin sürəti saniyədə 22 metrə çatır: “Günorta saatlarında küləyin sürəti daha da artacaq. Bu gün səhər Bərdə və Tərtərdə küləyin saniyədə 25 metrə çatıb ki, bu da kifayət qədər güclü küləkdir”.

U.Tağıyeva bildirib ki, bu gün Bakıda günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək:

“Adətən, ən yüksək temperatur günorta müşahidə edilir. Bu gün isə əksinə olacaq. Günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək. Soyuq hava kütləsinin daxil olması səhər saatlarında başlayıb, günorta saatlarında da davam etdiyinə görə gündüz havanın temperaturu səhər ilə müqayisədə aşağı olacaq. Axşama doğru temperatur daha da aşağı olacaq”.

U.Tağıyeva qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.

 




  Yayım tarixi :05 Oktyabr 2018   11:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .