XƏBƏR
10:29

  Azərbaycan və Xorvatiya kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Agyol.az xəbər verir ki, fərmana görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

 




  Yayım tarixi :05 Oktyabr 2018   10:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .