XƏBƏR
10:13

  Qurban Qurbanov: "Arsenal"la oyun bizim üçün böyük təcrübə oldu"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

"Arsenal"la oyun bizim üçün böyük təcrübə oldu".

Agyol.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Arsenal" oyunundan (0:3) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov qeyd edib: "Məğlub olsaq da, bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi".

Baş məşqçi futbolçularına təşəkkürünü bildirib: "Azarkeşlərimizə də “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçün böyük təcrübə oldu".

 




  Yayım tarixi :05 Oktyabr 2018   10:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .