XƏBƏR
10:02

  Təhsil naziri: Son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslər müəllim peşəsinə gəlir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır.

Agyol.az ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərə ünvanladığı müraciətində bildirib.

Nazir əlavə edib ki, bunun sahəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.

C.Bayramov qeyd edib ki, əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər:

"Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.

Bu il YUNESKO Beynəlxalq Müəllim Gününü “Təhsil hüququnun təminatı hazırlıqlı müəllim tələb edir” şüarı altında keçirir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş və bu il 5-ci il dönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm verib".

 




  Yayım tarixi :05 Oktyabr 2018   10:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .