XƏBƏR
21:37

  Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir.

Agyol.az ın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkənin birləşməsinin ildönümünə həsr olunmuş tədbir zamanı deyib.

Səfir qeyd edib ki, Almaniya həmişə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub:

"Bu istiqamətdə hər bir addımı alqışlayırıq. Almaniya Baş naziri Angela Merkel səfərində bu məsələyə toxundu, çoxlu müzakirələr aparıldı. O, Almaniyanın həmsədrlərin səylərini dəstəkləmə imkanlarının nəzərdən keçirildiyini qeyd etdi. Söhbət yeni formatdan getmir, Almaniya mövcud formatı dəstəkləyə bilər".

Onun sözlərinə görə, Bakı ilə Berlin arasında əlaqələr siyasi sfera ilə yanaşı, həm də iqtisadi və mədəni sahələrdə inkişaf edir:

"Azərbaycan və Almaniya parlamentlər və hökumətlər səviyyəsində əməkdaşlıq edirlər. Almaniya Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və Almaniya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. İqtisadi əlaqələr inkişaf edir, güclənir, Azərbaycanda alman investisiyalarının həcmi artmaqdadır. Bundan başqa, yalnız Bakıda deyil, regionlarda da alman dilinə maraq artır, ötən ildən Azərbaycanda Goethe Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb".

 




  Yayım tarixi :04 Oktyabr 2018   21:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .