XƏBƏR
16:16

  Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu çəkiləcək

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: "Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək". A.Nəcəfli bildirib ki, hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır: "İşlər başa çatandan sonra yeni tikiləcək yolun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq və maliyyə ayrılandan sonra yolun tikintisinə başlanacaq. Yeni yolun tikintisinə gələn il başlanacaq". Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax yolunun Bakıdan Şamaxıya qədər və Ağsudan Yevlaxa qədər olan hissəsi yenidən qurulub və sürücülərin istifadəsinə verilib.

 




  Yayım tarixi :04 Oktyabr 2018   16:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .