XƏBƏR
12:07

  Serbiya Prezidenti döyüşə hazırlıq vəziyyətini ləğv etdi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovanın şimalındakı böhranla əlaqədar tətbiq edilmiş döyüşə hazırlıq vəziyyətini ləğv edib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:
"Serbiya Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Vuçiç müdafiə haqqında qanun çərçivəsində öz səlahiyyətlərinə uyğun olaraq, müdafiə naziri Aleksandar Vulinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Milan Moysiloviçə döyüşə hazırlıq vəziyyətinin ləğv edilməsini əmr edib".
Nazirlik qeyd edir ki, bununla belə, ordu bütün təhlükəsizlik qurumları ilə qarşılıqlı fəaliyyətdədir, vəziyyətə nəzarət edir, öz ölkəsini və harada yaşamasından asılı olmayaraq, bütün vətəndaşlarını hər an qorumağa hazırdır.
Xatırladaq ki, sentyabrın 29-da 100-dən çox kosovalı xüsusi təyinatlı Kosovanın şimalında serblərin yaşadığı əraziyə daxil olmuşdu. Bu əraziyə giriş beynəlxalq müqavilə ilə qadağan edilib.




  Yayım tarixi :04 Oktyabr 2018   12:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .