XƏBƏR
11:39

  Bakıda üçüncü eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

9 oktyabr 2018-ci ildə JW Marriott Absheron mehmanxanasında üçüncü eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq. Agyol.az xəbər verir ki, Sərgi "The Prime Consulting" şirkəti və Azərbaycan Turizm Assosiyasiyası ilə birlikdə təşkil olunur.

Bir neçə hissədən ibarət olan bu tədbirdə, iştirakçılar və qonaqlar həm ünsiyyət qurmaq, həm də tərəfdaşlıq münasibətləri yaratmaq imkanı əldə edəcəklər. Layihə turizm nümayəndələri üçün effektiv bir kommunikasiya platforması və turizm sənayesi üçün xarici, yerli həllər və yeniliklərin təqdim olunması üçün bir arena olacaq.

Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurortlar, dünya mehmanxana zəncirləri, unikal butik otellər, hava yolları şirkətləri, kruiz şirkətləri, DMC və lüks tur operatorları, səyahət agentlikləri, birinci sinif konsyerj şirkətləri olacaq.

"Prime Travel Market 2018" çərçivəsində qonaqlar üçün həmçinin mükafatlı müsabiqə təşkil ediləcək. "Prime Travel Market" şirkəti Azərbaycanda turizm sənayesinin inkişafı üçün dövlətin strateji məqsədlərini həyata keçirmək üçün keçirilir. Sərgi Azərbaycan bazarına çıxmaq istəyənlər üçün bir tramplin olmağı, həmçinin yaxınlarda turizm sahəsində təzə qazandıqları mövqelərini möhkəmləndirməyi planlaşdırır.

Tədbir onun yaradıcı və özünəməxsus üslubunu qoruyub, həmçinin qonaqlara və sərgi iştirakçılarına münasibətlərin qurulması və möhkəmləndirilməsi üçün deyil, eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi yarada biləcək bir platformadır.

"Prime Travel Market" – bu tədbir lüks turizm sənayesində çalışanları birləşdirib, ölkəmizin daxili və xarici turizmin dayanıqlı inkişafı üçün əsas olacaq.

 




  Yayım tarixi :04 Oktyabr 2018   11:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .