XƏBƏR
15:40

  Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

"Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Agyol.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda “Arsenal”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

Q.Qurbanov sabah bəlkə də dünyanın ən güclü çempionatının komandasına qarşı oynayacaqlarını bildirib: "Ən yaxşı baş məşqçilər də İngiltərə Premyer Liqasında işləyir. Əlavə nəsə deməyə ehtiyac yoxdur".

Baş məşqçi yetirmələrinin oyuna ciddi hazırlaşdığını vurğulayıb: "Sabah hamımızı yaxşı oyun gözləyir. Sona kimi mübarizə aparmaq və yaxşı oyun göstərmək istəyirik.
Sabah rəqibə qarşı mübarizədə diqqətli olmalıyıq. Rəqibin sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik".

O əlavə edib ki, belə klubların Azərbaycana gəlməsi "Qarabağ" üçün böyük təcrübə, futbolun sevilməsi üçün şansdır: "Azarkeşlər bu cür oyunlara maraq göstəririrlər. Hər belə matçdan sonra fanatlarımızın sayı 1000-2000 artsa, əla olar. Amma hər şeyə real baxmaq lazımdır. Bundan əvvəl də belə böyük klublara qarşı oynamışıq, uğurlarımız da olub. Sabah azarkeşlərimizi tək nəticə yox, oyunumuzla da razı salmaq istəyirik. Əsas məqsədimiz budur".

 




  Yayım tarixi :03 Oktyabr 2018   15:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .