XƏBƏR
14:26

  Bakı sakinlərinin sayı ən yüksək həddə çatıb: Paytaxtda hər il əhalinin sayı 20-30 min nəfər artır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Son 120 ilin statistik göstəricilərinə əsasən, Bakı əhalisinin sayı bu ilin əvvəlində ən yüksək həddə çatıb.

Agyol.az ın məlumatına görə, 2018-ci ilin əvvəlində Bakının 2 milyon 262 min 600 nəfər əhalisi olub ki, bu da paytaxt üçün son 120 ilin ən yüksək göstəricisi sayılır.

Yalnız 1990-91-ci illər istisna olmaqla, demək olar ki, paytaxt əhalisinin sayında hər il artım müşahidə edilib.

Son dövrlərdə il ərzindəki artım göstəricisinin əvvəlki dövrlərlə müqayisədə bir qədər azalmasına baxmayaraq, əhalinin ümumi sayında yenə də hiss ediləcək artım var.

1999-cu ildən sonra Bakıda əhalinin il ərzindəki artımı 1-2 faiz civarında olsa da, 2016-cı ildə bu göstərici 0,9 faiz (20 000 nəfər), 2017-ci ildə isə 0,7 faiz (16 800 nəfər) olub.

Ümumilikdə götürdükdə son illər ərzində paytaxtda əhalinin sayı il ərzində 20-30 min nəfər artır.

Son 17 ildə Bakıda əhalinin sayında ən yüksək illik artım 2008-ci ildə müşahidə edilib. Həmin il paytaxt əhalisinin sayı 2 faiz, başqa sözlə 40 min 200 nəfər artıb.

 




  Yayım tarixi :03 Oktyabr 2018   14:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .