XƏBƏR
10:40

  Voleybol yığmamız DÇ-də növbəti növbəti qələbəsini qazandı

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycanın qadınlardan ibarət yığma komandası Yaponiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Agyol.az xəbər verir ki, IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşan millimiz hər 3 setdə rəqibdən üstün olub - 29:27, 25:16, 25-17.

Bu qələbə ilə xalını 4-ə yüksəldən voleybolçularımız qrupda Tailandla 3-4-cü yerləri bölüşür. Yığmamızın yer aldığı C qrupunda 9 xallı ABŞ 1-ci, 8 xallı Rusiya isə ikincidir. İlk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Xatırladaq ki, millimiz bundan əvvəl Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etmiş, ABŞ və Rusiya idmançılarına isə 0:3 hesabı ilə yenilmişdi.

 




  Yayım tarixi :03 Oktyabr 2018   10:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .