XƏBƏR
10:38

  ÇL: Bu gün ikinci turun 8 oyunu keçiriləcək

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

Bu gün UEFA Çempionlar Liqasının ikinci turun növbəti 8 oyunu keçiriləcək.


Agyol.az xəbər verir ki, A qrupunda yer alan İspaniyanın “Atletiko Madrid” klubu “Metropolitano” stadionunda Belçikanın “Brügge” komandasını qəbul edəcək. Fransanın "Monako" klubu isə səfərdə Almaniyanın “Borussiya Dortmund” komandasının qonağı olacaq.

İlk turda “Atletiko Madrid” səfərdə "Monako"nu (2:1), “Borussiya Dortmund” isə “Brügge”nı məğlub edib (1:0).

Turun mərkəzi qarşılaşması B qrupunda oynanılacaq. İspaniya çempionu "Barselona" "Uembli" stadionunda "Tottenhem"in qonağı olacaq. PSV - "İnter" oyunundan sonra B qrupunun ikinci turuna yekun vurulacaq. Qrupun ilk turda "Barselona" PSV-nı (4:0), "İnter" isə "Tottenhem" klubunu məğlub edib (2:1).

UEFA Çempionlar Liqasının son finalçısı İngiltərənin “Liverpul” klubu C qrupunda səfərdə İtaliyanın "Napoli" komandasının qonağı olacaq. Fransanın PSG klubu isə doğma meydanda “Park de Prens” stadionunda Serbiya təmsilçisi “Crevena Zvezda” klubunu qəbul edəcək.

İlk turda PSG klubu ilə sonuncu dəqiqələrdə vurduğu qolla "Liverpul" klubu 3:2 hesabı ilə qalib gəlib. "Napoli" isə səfərdə "Crevena Zvezda" klubu ilə heç-heçə edib (0:0).

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu səfərdə Portuqaliyanın “Porto” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər qarşılaşması isə Rusiyada baş tutacaq. “Lokomotiv” Almaniyanın “Şalke” klubunu qəbul edəcək.

Bu qrupun ilk turunda “Qalatasaray” klubu doğma meydanda “Lokomotiv”ın qapısından üç cavabsız top keçirdib. "Şalke" - "Porto" oyununda isə qalib müəyyənləşməyib (1:1).

Qeyd edək ki, “Lokomotiv” – “Şalke” və PSG - “Crevena Zvezda” oyunu Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.

 




  Yayım tarixi :03 Oktyabr 2018   10:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .