XƏBƏR
10:22

  Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.

Agyol.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, iclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.

 




  Yayım tarixi :03 Oktyabr 2018   10:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .