XƏBƏR
10:20

  "Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satılıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) oyununa artıq 55 min bilet satılıb.

Agyol.az xəbər verir ki, oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Stadionun qapıları oyunun başlama saatından (20:55) 3 saat öncə açılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 68 700 yer təşkil edir.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda səfərdə "Sportinq" (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.

 




  Yayım tarixi :03 Oktyabr 2018   10:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .