XƏBƏR
22:17

  Ermənistan parlamenti ilə bağlı qalmaqallı qanun layihəsi qəbul edilib

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Agyol.az ın məlumatına görə, layihənin lehinə 67 deputat səs verib.

Növbədənkənar iclas bir neçə dəqiqə davam edib, baş nazir Nikol Paşinyanın çağırışı ilə "Yelk" (Çıxış) fraksiyası səsvermədə iştirak etməyib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

 




  Yayım tarixi :02 Oktyabr 2018   22:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .