XƏBƏR
12:00

  Amerikalı ekspert: Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında əldə olunmuş razılaşma Qarabağ münaqişəsinin həllinə töhfədir

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və əldə olunmuş razılaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfədir.

Agyol.az xəbər verir ki, bunu Qlobal siyasət və Transatlantik münasibətlər üzrə ekspert (ABŞ) Piter Teys deyib.

O bildirib ki, növbəti aylarda bu razılaşmanın nəticələri müşahidə olunacaq:

“Bu səviyyədə müzakirələr yalnız konkret fəaliyyət və nəticələr olduqda vacib əhəmiyyət daşıyır”.

P.Teys deyib ki, Azərbaycan regionda sülhün təmin olunması üçün bütün mümkün variantlardan istifadə edir və regionda sülh və çiçəklənmə üçün çoxlu investisiya yerləşdirib:

“Baş nazir Nikol Paşinyan Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması üçün öz rəhbər mövqeyindən istifadə etməli və aqressiyadan dövlət idarəçilik aləti kimi istifadə etməkdən çəkinməlidir. Yerevan beynəlxalq hüquqa hörmət etməli və Qafqazda etibarlı tərəfdaşa çevrilməlidir”.

 




  Yayım tarixi :02 Oktyabr 2018   12:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .