XƏBƏR
11:50

  DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb.

Agyol.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

 




  Yayım tarixi :02 Oktyabr 2018   11:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .