XƏBƏR
17:08

  Binədəki qəzada yaralı sayı 34-ə çatıb, sürücü də saxlanılaraq xəstəxanaya yerləşdirilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər ölüb.

Agyol.az ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

S.Qədirovanın sözlərinə görə, xəsarət alanların 2-si Elmi Tədqiqat Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan 12-13 yaşlı uşaq isə xəstəxanaya gedərkən dünyasını dəyişib: "Yaralıların vəziyyəti barədə dəqiq informasiya olmasa da, ağır hesab edilir".

O bildirib ki, qəzanın baş verməsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin heç bir günahı olmayıb: "Şlaqbaum hər iki istiqamətdə bağlı olub. Orada sürət həddi hətta saatda 40 kilometr olduğu halda, maşinist qatarı 30 km/saatla sürüb. Sadəcə, avtobus sürücüsü qaydalara əməl etməyərək qatarın önünə çıxıb".

Saxlanılan avtobusun sürücüsü 03.05.1983-cü il təvəllüdlü Elxan Əlibaba oğlu Şirəliyev olub. O, sağ qolun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 




  Yayım tarixi :01 Oktyabr 2018   17:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .