XƏBƏR
15:49

  Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, 8 yaralı Fotolar

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Agyol.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 


Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Agyol.az xəbər verir ki, məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 




  Yayım tarixi :01 Oktyabr 2018   15:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .