XƏBƏR
12:40

  Premyer Liqada yeni rekord müəyyənləşib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümündə yeni rekord müəyyənləşib.

Agyol.az xəbər verir ki, VI turun “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur.

Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.

 




  Yayım tarixi :01 Oktyabr 2018   12:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .