Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl
Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə
danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır.
Agyol.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş
səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, bu görüş barədə məlumatlar çox
müsbətdir: “Liderlərin danışıqlar prosesinə sadiq qaldıqlarını bildirməsi,
eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin
qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma
uzun müddətdir ki, ATƏT Minsk qrupunun təbliğ etdiyi sağlam düşüncənin
nəticəsidir”.
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi
münasibətlər danışıqlar prosesinin fəallaşması üçün zəruridir və qarşılıqlı
etimadın təmin olunması üçün əsas amildir.