XƏBƏR
16:51

  Qurban Qurbanov: "Azarkeşlərin dəstəyini hiss edirdik"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Topaz Premyer Liqasının VI turu çərçivəsində "Sabah"I səfərdə 2:0 məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.


Agyol.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.


- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda əks-hücuma çıxmağı da bacarır. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.


- "Arsenal"la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?


- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.


- Emeqaranın və Delarjın oyuna buraxılmasını əvvəlcədən planlaşdırmışdınız, yoxsa bunu nəticəyə görə etdiniz?


- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də dəyişikliklərə əl atdım.

- "Sabah"ın heyətində milliyə dəvət almağa namizəd varmı?


- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm




  Yayım tarixi :30 Sentyabr 2018   16:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .